Maide.az

Nigeriyada məscidə hücum, 5 nəfər öldü, 40 nəfər girov götürüldü

Nigeriyada silahlı şəxslər Zamfara əyalətində məscidə hücum edib.     Maide.Az  TRT-ə  istinadla xəbər verir ki, hücum nəticəsində namazqılanlardan beş nəfər öldürüllüb, 40-dan çox insan girov götürülüb.    Nigeriya təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib. Faktla bağlı araşdırma aparılır.    Hələlik heç bir qrup hücumun məsuliyyətini üzərinə götürməyib. Lakin Nigeriyada Buko-Haram təkfirçi terror qruplaşması oxşar terror hadisələri törədib.