Maide.az

Nigeriyada məscidə intiharçı hücum edib, 3 nəfər həyatını itirib

Nigeriyanın  şimal-şərqində yerləşən Borno əyalətinin Gwoza şəhərində sübh namazı zamanı iki intiharçı məscidə hücum edib.    Maide.Az  “KDRTV”-ə istinadla xəbər verir ki, hücum edən intiharçıların sayı iki nəfər olub.     Nigeriya mətbuatı hücum zamanı 3 nəfərin həyatını itirdiniyini, və çox sayda insanın yaralandığını bildirib.    Hələlik heç bir qruplaşma  hücumun məsuliyyətini üzərinə götürməyib.     Bu bölgədə İŞİD və Boko Haram  terror qruplaşmaları fəaliyyət göstərir.