Nigeriyada məscidə hücum olub
Nigeriyada baş verən terror hücumu nəticəsində 14 nəfər ölüb. Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, terrorçu Borno ştatının Qamboru şəhərindəki məsciddə özünü partladıb. Məscid tam yararsız hala düşüb. Sübh namazı vaxtı baş verən hadisədə çox sayda insan dağıntılar altında qaıb. Terror hadisənin məsuliyyətini hələ heç bir qrup öz üzərinə götürməyib. Lakin Terrorun “Boko Haram” terrorçu qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.