Maide.az

Nigeriyada məscid imamı yoldaşı və dörd uşağı ilə birlikdə məscid yaxınlığında öldürüldü

Nigeriyada məscid imamı ailəsi ilə birlikdə xüsusi qəddarlıqla öldürülüb.     Maide.Az “İslam-today” saytına istinadən xəbər verir ki, Yusif Amzat Salam və ailə üzvləri, həyat yoldaşı və dörd uşağı məscid yaxınlığında  bıçaqlanaraq öldürülüb. Uşaqların kiçiyinin 2 və böyüyünün 11 yaşı olub.    Polis dəhşətli cinayəti araşdırır. Hələlik cinayətin motivləri məlum deyil. Cinayəti törədənlərin axtarışı davam etdirilir.