Nigeriyada Şeyx Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyaları davam edir
Nigeriyanın paytaxtı Abuca şəhərində ötən gün bu ölkənin İslami Hərəkat Lideri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyası keçirilib. Maide.Az xəbər verir ki, etiraz aksiyası iştirakçıları əllərində Şeyx Zəkzakinin fotolarını və şüarlar yazılmış plakatlar tutaraq Şeyx Zəkzakinin qeyd şərtsiz azad olunmasını tələb edib. Qeyd edək ki, Şeyx Zəkzaki və onun həyat yoldaşının növbəti məhkəməsi 2021-ci ilin yanvar ayında keçiriləcək.