Maide.az

Nigeriyada Şeyx Zəkzəkiyə dəstək aksiyası keçirildi

Nigeriya xalqı Abuja şəhərində Şeyx İbrahim Zəkzəkiyə dəstək nümayiş etdirib. Keçirilən etiraz aksiyasında Şeyx İbrahim Zəkzəkinin azadlığı tələb olunub. Çıxış edənlər bildiriblər ki, hökumət haqsız yerə Şeyx İbrahim Zəkzəkini həbs edib. Xatırladaq ki, 13 dekabr 2015-ci il tarixində evinə edilən basqın zamanı Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı saxlanılıb. Hücum zamanı Şeyx İbrahim Zəkzəkinin 3 oğlu da daxil olmaqla, ordu yüzlərlə insanı öldürüb.(eastnews.org)