Nigeriyada dinc əhaliyə atəş açıldı:45 ölü
Nigeriyanın şimal-qərbində Kaduna əyalətinin Gvaska kəndində dinc əhaliyə qarşı silahlı hücum nəticəsində ən azı 45 nəfər həyatını itirib. Maide.Az “Dünya Bülteni”ə istinadən xəbər verir ki, Kaduna əyalətinnin təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamaya görə, kəndə hücum edənlər silahlı qrup üzvləri olub. Hücum nəticəsində ən az 45 nəfər həyatını itirib. Çox sayda insanın yaralandığı bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb Ötən həftə Kaduna şəhərində, bir mədənə silahlı hücumun nəticəsində 14 mədənçi həyatını itirmişdi.