Maide.az

Nigeriyada daha bir hüseyniyyə dağıdılıb

Nigeriya ordusu müsəlmanlara qarşı törətdiyi cinayətlərini davam etdirir. Maide.az xəbər verir ki, bu gün ölkənin şimalındakı Kadona əyalətində yerləşən Zaria şəhərində yerləşən hüseyniyyə ordu qüvvələri tərəfindən dağıdılıb.   Nigeriyadan daxil olan məlumatlar bu ölkənin dövləti və ordusunun Nigeriya İslami Hərəkatına aid olan binaların dağıdılması üzrə hərəkətlərinin davam etməsindən söz açır.   Nigeriya ordusu iki həftə bundan öncə müsəlmanların toplanış məkanlarına basqın edərək, təqribən min nəfər şiəni şəhid etmiş və yüzlərlə nəfəri də yaralamışdı.   Ordunun Zaria şəhərinin Darulrəhmə məkanı, Şeyx İbrahim Zəkzakinin evi və Bəqiyətəllah hüseyniyyəsinə qarşı hücumlarında Nigeriya İslami Hərəkatının bir neçə üzvü və bu hərəkatın sədri Şeyx İbrahim Zəkzakinin üç oğlu da şəhidlər arasındadır.