Nigeriyada bilinməyən bir xəstəlik yayılıb
Ötən 2 həftə ərzində Afrikanın qərbində, Nigeriyanın Jigawa əyalətində 30 nəfər bilinməyən bir xəstəlikdən həyatını itirib. Maide.Az “dunyabulteni”nə istinadən xəbər verir ki, həyatını itirən insanlarda baş və bədən ağrıları olub, yüksək qızdırma və huşunu itirmələr olub. Nigeriya Səhiyyə Komissiyası rəhbəri Abba Zakari verdiyi açıqlamada deyib ki, ölən insanların xəstəliyinin səbəbini müəyyən etmək mümkin olmayıb. O bildirib ki, onlarla insan bu xəstəlikdən əziyyət çəkir. “Hazırda xəstəliyinin səbəblərini müəyyənləşdirmək üçün xəstələrdən analizlər götürülüb və araşdırma aparılır.”