Maide.az

Nigeriyada 4 min 724 nəfər insan qaçaqçılarının əlindən xilas edilib

Nigeriya İnsan qaçaqçılığı üzrə Milli Agentliyinin (NAPTIP) nümayəndəsi Rosemary Okoro deyib ki, 2013-2017-ci il ərzində 4 min 724 nəfər insan alveri qurbanı olmaqdan xilas edilib.    Maide.Az xəbər verir ki, R.Okoronun sözlərinə görə, xilas edilən şəxslərdən 1549 nəfər kişi, 3175 nəfər isə qadındır.    O deyib ki, insan qaçaqçılığına qarşı mübarizə ilə bağlı son 4 ildə 2648 cinayət işi açılıb.     Nigeriyada iqtisadi böhran və müharibəyə görə yüz minlərlə insan qaçqın düşərgələrində yaşayır.   Ölkədə bir çox insan Liviya üzərindən Avropaya qaçmağa cəhd göstərir. /