Maide.az

İngiltərənin dövlət borcu 2 trilyon funt sterlinqi ötüb

İngiltərənin dövlət borcu pandemiyanın təsiri ilə artaraq ilk dəfə 2 trilyon funt sterlinqi (2,6 trilyon ABŞ dolları) keçib.   “Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.   Məlumata görə, ümumi dövlət borcu ÜDM-nin 100 %-ni aşan İngiltərə iqtisadiyyatı 1960-cı illərdən bəri ən böyük borc yükü ilə üzləşib.   Qeyd edək ki, İngiltərənin büdcə balansında iyul ayında 26,7 milyard funt sterlinq kəsir yaranmışdı. Borclanma isə maliyyə ilinin ilk 4 ayında 150,5 milyard funt sterlinq səviyyəsində qeydə alınıb.