İngiltərədə müsəlmanların illik konfransı keçiriləcək
İngiltərə Müsəlmanlar Şurası Lester şəhərində illik konfrans keçiriləcək. Maide.az İQNA-ya istinadən xəbər verir ki, konfransda gənclərin məscidlərə münasibəti və məscidlərin təbliği məsələsi müzakirə ediləcək. Konfransda müxtəlif sərgilər də nümayiş etdiriləcək. Tədbir 12 oktyabrda baş tutacaq.