Maide.az

İngiltərə Premyer Liqasının qalibi Manchester City oldu

Bazar günü mayın 12-də İngiltərədə futbol Premyer Liqasının sonuncu turunun matçları keçirilib.   Premyer Liqa çempionluğu məsələsi də məhz sonuncu turda həll olunub.   Belə ki, sonuncu tur ərəfəsində Premyer Liqada çempionluğa iki klub iddialı idi: Manchester City və Liverpool.   Manchester City xal fərqinə görə Liverpool-dan irəlidə olduğuna görə Liverpool yalnız Manchester City uduzacağı, özü isə udacağı halda çempion ola bilərdi.   Lakin Premyer Liqanın sonuncu turu sürprizsiz başa çatıb: Manchester City rəqibi Brighton klubuna 4:1 hesabı ilə qalib gələrək İngiltərə Premyer Liqası çempionluğunu qazanıb.   Premyer Liqanın gümüş mükafatçısı Liverpool, bürünc mükafatçısı isə Chealsea klubları olub. /bbc /