Maide.az

İngiltərədə tələbələr dərslərdən imtina edərək etirazlarını bildirirlər

İngiltərədə tələbələr iqlim dəyişikliyi problemi ilə əlaqədar küçələrə axın edib.   Maide.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir.   “Sənaye dövrünün başlanmasından etibarən təbiəti, ekologiyanı çirkləndiririk. İqlim dəyişikliyi baş versə də, hökumət bu mövzuda laqeyd mövqe sərgiləyir. Bu münasibət bizi təəccübləndirir. Bu səbəbdən etiraz edərək diqqəti bu problemə cəlb etmək istəyirik” – deyə tələbələr bildirib.   Qeyd edək ki, İngiltərədə ümumlikdə 8 milyon tələbə var.