İngiltərənin nüfuzli siyasətçisi islamafobiyaya görə istefa verir
Britaniyanın “Azadlıq” partiyasının üzvü, tanınmış siyasətçi Naycel Faraj (Nigel Farage) partiyadan ayrılacağını deyib. Maide.Az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. 25 ildir ki, partiyaya üzv olan və bir müddət partiyanın lideri vəzifəsində çalışmış N.Faraj deyib ki, buna səbəb partiyanın İslamfob və təəssübleşlik siyasəti yürütməsidir. N.Faraj partiya rəhbərindən İslama qarşı yürütdüyü yalnış siyasətlərindən əl çəkməyi tələb edib. Qeyd edək ki, partiyanın hazrıkı sədri İslamofob çıxışları ilə seçilir. O, İslamı “ölüm firqəsi” adlandıraraq müsəlmanlara ayrıca özəl həbsxana yaradılmasını istəyib. Bu isə müsəlman icmasına mənfi təsir göstərir.