Maide.az

İngiltərədə iki məscid tarixi abidələr siyahısına daxil edildi

Böyük Britaniya hökuməti İngiltərədəki iki məscidin Milli Tarix və Miras Abidələrinin siyahısına daxil edib.   Maide.az “İslam-Today”a istinadən xəbər verir ki, onlar Londonda yerləşən Mərkəzi məscid və “Fəzl” məscididir.   Məlumat üçün bildirək ki, Mərkəzi London məscidinin inşası 1940-cı ildə Uinston Çörçill hökumətinin təklifi ilə başlayıb, 1977-ci ildə istifadəyə verilib.   Londondakı ilk məscid olan “Fəzl” məscidi isə 1924-cü ildə tikilib.   Bundan sonra həmin məscidlər tarixi abidə kimi də qorunacaq.