Maide.az

İngiltərədə təqaüdçü 250 dollara ev tikib -FOTO

İngiltərə sakini, təqaüdçü Maykl Bak cəmisi 250 dollar xərcləməklə özünə xudmani ev tikib.   Təqaüdçü evin tikintisində inşaat materiallarına faktiki olaraq pul xərcləməyib. Belə ki, Maykl tikinti zamanı köhnə dədə-baba qaydasından – gil, torpaq, ot və taxtadan istifadə edib, fundamenti isə daşdan töküb. Təqaüdçünün yeganə xərc çəkdiyi küləşdir ki, onunla da evinin damını örtüb.   Hazırda Maykl evi qonşu fermada işləyən bir işçiyə kirayə verib. O isə öz növbəsində ev sahibi ilə süd və qatıq məhsulları ilə hesablaşır. (azertac)