Maide.az

İngiltərə futbolunda yenilik tətbiq ediləcək

2017/18 mövsümündə İngiltərə futbolunda yeni sistemdən istifadə olunacaq.   İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.   Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s.   Bu üsulu tennisdəki tay-brekə də bənzətmək olar.   Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür. (apasport) /