İngiltərə Kubokunda bütün yarımfinalçılar müəyyənləşib - VİDEO
"Çelsi" futbol üzrə İngiltərə Kubokunun ¼ finalında Londonda "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanaraq yarımfinal mərhələsinə adlayıb. APA-nın xəbərinə görə, oyunda Nqolo Kante (51-ci dəqiqə) fərqlənib. Bundan əvvəl yarımfinal mərhələsinə “Mançester Siti”, “Arsenal” və “Tottenhem” adlayıb. Yarımfinal mərhələsinin püşkatması nəticəsində "Çelsi" komandası "Tottenhem Hotspur”a, "Arsenal" isə "Mançester Siti"yə rəqib olub. Matçlar aprelin 22-23-də Londonun “Uembli” stadionunda keçiriləcək. /