Maide.az

İngiltərə məscidinin qonaqlarına mübarək Ramazan ayı haqda məlumat verilib

Müqəddəs Ramazan ayının gəlişi ərəfəsində Londonda yerləşən "Məscid və Salaam" məscidi öz qapılarını ziyarətçilərin üzünə açıb.    Maide.Az xəbər verir ki, məscidi açıq qapı günü 300-dən çox insan ziyarət edib.    Məscidə gələn ziyarətçilərə müqəddəs aya aid hər nə varsa göstərilərək, onlara bu ay haqda məlumat verilib. Bundan əlavə, ziyarətçilərə müqəddəs Quran, İslam dini və onun Böyük Britaniyada yayılması tarixi barədə məlumatlar verilib.    Məscidin Qəyyumlar Şurasının sədri Əyyub Buks Vali məscid ziyarətçilərindən aldıqları cavabı, sadəcə qeyri-adi adlandırıb.    "Biz ümid edirik ki, az da olsa, İslam dini və Ramazan ayı haqda britaniyalılara məlumat verə bildik. Məscitdə bir çox millətlərin nümayəndələrini görmək çox sevindirici və gözəl idi.",-deyə o bildirib. /