İngiltərənin beş böyük şəhərində avtobusların üzərində `Sübhan Allah` yazıları asılacaq
“İslamic Relief” adına İslami xeyriyyə cəmiyyəti İngiltərənin 5 böyük şəhərində avtobusların üzərində “Sübhan Allah” sözü yazılmış plakartlar yapışdıracaq. Maide.Az xəbər verir ki, bu plakartlar may ayının 23-dən müsəlmanların ən çox yaşadığı London, Birmingham, Bradford, Manchester və Leicester şəhərlərində 640 şəhərdaxili avtobusun üzərinə yapışdırılacaq. Bu təşəbbüs “İslamic Relief” adına İslami xeyriyyə cəmiyyəti tərəfindən Suriya müharibəsi qurbanlarına yardım toplamaq məqsədi ilə həyata keçiriləcək. Xeyriyyə cəmiyyəti ümid edir ki, Ramazan ayı öncəsi bu plakartların avtobusların üzərində yapışdırılması insanları yardım etməyə daha da maraqlandıracaq.