Maide.az

İngiltərədə dövlət xəstəxanalarında həkimlər tətilə başlayıb - FOTO

İngiltərədə dövlət xəstəxanaların həkimləri bu gün səhərdən iki günlük tətilə başlayıb.   Maide.Az xəbər verir ki,  həkimlər tətili  48 saat davam etdirəcəklərini açıqlayıb.    Hökumət əhalidən istəyib ki, zəruri hallarda xəstəxanalara müraciət etsinlər.    Tətilə 45 min həkim  qoşulub.  Həkimlər  Səhiyyə Nazirliyinin təklif etdiyi yeni müqavilə əleyhinə  etiraz edirlər. Həkimlər yeni müqaviləni özləri və xəstələrin ziyanına olduğunu hesab edirlər. Onların sözlərinə görə, həkimlər daha çox işləyəcək və keyfiyyətsiz  xidmət göstərəcək.    Tətilə görə,  12 mindən çox cərrahiyyə əməliyyatı təxirə salınıb.