Maide.az

İngiltərədən Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu mərasimi keçiriləcək

Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu münasibəti ilə  İngiltərənin İslami Mərkəzində mərasim keçiriləcək.    Maide.az xəbər verir ki, bu mərasim Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə mart ayının 30-da yerli vaxtla saat 19:00-da  İngiltərə İslami Mərkəzində təşkil olunacaq.    Həmçinin aprel ayının 21-də Əmirəlmöminin Əli (ə) mövludu münasibəti ilə bu mərkəzdə bayram şənliyi keçiriləcək.   İngiltərə İslami Mərkəzi bəyanat yayaraq  Əhli-Beyt (ə) aşiqlərini bu bayram şənliklərində iştirak etmək üçün dəvət edib. /