İngiltərədə müsəlmanların sayı 3 milyon nəfəri keçib
Britaniya qəzetləri bu ölkədə müsəlmanların sayının 3 milyon nəfərdən çox olduğunu yazıblar. Maide.az xəbər verir ki, “The Sun” , "The Daily Mail" və bir sıra digər qəzetlər yazıblar ki, müsəlman ailələri arasında yüksək doğum göstəricisinə və digər ölkələrdən gəlmələrə görə, İngiltərədə yaşayan müsəlmanların syaı son 10 ildə iki dəfə artıb. Məlumata əsasən, hazırda İngiltərədə 3,114,992 müsəlman var ki, onlardan 1,554022 nəfəri Britaniyadan kənarda dünyaya gəlib və daha sonra bu ölkədə yaşamağa başlayıblar. Müsəlmanlar İngiltərə əhalisinin 5.4 faizini təşkil edir. 1991-ci ildə bu ölkədə yaşayan müsəlmanların sayı bir milyon nəfər olub. İngiltərə qəzetləri yazır ki, belə davam edərsə gələn 10 il ərzində Britaniyanın bəzi bölgələrində müsəlmanların sayı digərlərinə nisbətən daha çox olacaq. Britaniya statistika mərkəzinin məlumatına görə, hazırda hər 20 İngiltərə vətəndaşından 1 nəfəri müsəlmandır. /