Maide.az

İngiltərə Tehran səfirliyini açdı-FOTOLAR

İngiltərə Xarici İşlər naziri Filip Hammond Tehran səfəri zamanı İngiltərə səfirliyinin açılışında iştirak edib. Maide.az xəbər verir ki, Hammond hava limanından bir başa Britaniyanın səfirliyinə gedib və rəsmi açılış mərasimində iştirak edib. Hammond deyib ki, İran və Britaniya arasında əlaqələrin inkişafında heç bir məhdudiyyət yoxdur, baxmayaraq ki, bəzi məsələlərdə fikirayrılıqları var.  Xatırladaq ki, İngiltərənin bu ölkədəki səfirliyi 2011-ci ildə bağlanmışdı. /