İngiltərədə müsəlmən məktəbi ilin ən yaxşı təhsil müəssisəsi seçilib
Maidə.az-ın verdiyi məlumata görə,müsəlman şagirdlərin təhsil aldığı İbn Sina Akademiyası Böyük Britaniyanın ən yaxşı məktəblərindən biri seçilib. 4-15 yaş uşaqların təhsil aldığı müəssisədə İslam dini ilə yanaşı humanitar və texniki elmlərlə bağlı dərslər keçirilir. Qeyd edək ki, yoxlama aparan məmurlar hesabatda şagirdlərin gözəl əxlaq və davranışını xüsusi qeyd ediblər: «Məktəbdə təhsil alan şagirdlərin mənəvi, əxlaqi, sosial və mədəni inkişafı üçün gözəl şərait yaradılıb».