Maide.az

Netanyahu və Salman gizli görüşüb

İsrailin baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İordaniyada gizli görüşdükləri iddia edilib.   Maide.Az TRT-yə istinadən xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti yazıb.   Məlumata görə, Netanyahu və Salman İordaniyanın paytaxtı Əmmandadakı kral sarayında görüşüb.   Görüş Ağ Evin baş müşaviri Cared Kuşner və ABŞ-ın Yaxın Şərqdəki nümayəndəsi Ceyson Qrinblattın ötən həftə Əmmana səfəri zamanı həyata keçirildiyi bildirilib.   İordaniya kralı II Abdullanın da görüşə vasitəçilik etdiyi vurğulanıb.