Netanyahu Trampdan istəyib ki, Colan təpələrinin işğalını rəsmiyyətə tanısın
İşğalçı İsrail rejimin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan istəyib ki, Suriya ərazisində yerləşən Colan təpələrini işğalçı İsrailin bir parçası kimi rəsmiyyətə tanısın. Maide.Az xəbər verir ki, sionist İsrail rejimi 1981-ci ildə Suriya ərazisində yerləşən Colan təpələrini işğal etdi və Fələstinin işğal olunmuş ərazilərinə birləşdirdi. Lakin beynəlxalq ictimaiyyət o cümlədən Amerika bu addımı rəsmiyyətə tanımadı. B.Netanyahu çərşənbə günü Vaşinqtonda Trampla görüşündə bu istəyini dilə gətirib. Görüşdən sonra Netanyahu deyib ki, ABŞ prezidenti bu istəyə qarşı xüsusi reaksiya vermədi. Sionist İsrail rejimi işğal etdiyi Colan təpələrində qəsəbələr salıb və bu bölgədən Suriya hökumətinə qarşı hərbi əməliyyatlar və Suriyadakı terrorçulara dəstək üçün istifadə edir. BMT Təhlükəsizlik Şurası Suriya ərazisində yerləşən Colan təpələrinə dair işğalçı İsrail rejiminin malikiyyət iddiasını qəbul etməyib. BMT TŞ-nin üzvləri bildiriblər ki, İsrailin Colan təpələrini zorla ələ keçirməsi səhv addımdır və beynəlxalq qanunlara ziddir. Bu təpələr Suriyaya məxsus ərazilərdir.