Maide.az

Netanyahu Hizbullahın qarşısını almaq üçün Suriyaya hücum etdiklərini dedi

Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu "Livanın İslami müqavimət hərəkatı olan Hizbullahın müasir silahlar əldə etməsi" bəhanəsilə Suriyaya dəfələrlə hücum təşkil etdiklərini etiraf edib. Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Netanyahu Qolan təpələrindəki hərbi təlimlər əsnasında belə bir açıqlama ilə çıxış edib: "Hərəkət etməyimiz lazım olanda, hərəkət edirik. Həssas balansı pozacaq silahların Hizbullahın əlinə keçməsinin qarşısını almaq üçün Suriyaya dəfəlәrlә hücum həyata keçirdik". Netanyahu sionist İsrail rejiminin uzaq və ya yaxın olmasına baxmayaraq, başqa cəbhələrdə də oxşar fəaliyyətlər həyata keçirdiyini qeyd edib.   Qeyd edək ki, Livanın İslami müqavimət hərəkatı olan Hizbullah İŞİD və Nusra Cəbhəsi kimi, təkfirçi terror təşkilatlarına qarşı mübarizə aparan Suriya ordusunun müttəfiqidir və Suriyada terrorçulara qarşı müharibədə iştirak edir.