Maide.az

Neft ucuzlaşır

Dünya birjalarında neft ucuzlaşıb.   Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar azalaraq 50,62 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,28 dollar azalaraq 53,65 dollar olub.      Azərbaycan nefti isə 1 dollardan çox ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,04 dollar və ya 1,86 azalaraq 54,91 dollar təşkil edib. (apa) /