Maide.az

Neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında neft ucuzlaşır.   Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar azalaraq 45,16 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 46,33 dollar olub.      Azərbaycan nefti də ucuzlaşıb.   "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar və ya 0,9% azalaraq 47,27 dollar təşkil edib. (apa) /