Maide.az

Neft ucuzlaşdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb.   Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 47,88 dollar təşkil edib.  ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar azalaraq 48,97 dollar olub.  Neftin ucuzlaşmasına OPEC ölkələrinin görüşü öncəsi hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyətin yaranması səbəb olub.     Azərbaycanın xam neftinin bir barelinin qiyməti isə 0,05 dollar və yaxud 0,10% artıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 49,69 dollara bərabər olub. Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. (fins.az) /