Maide.az

Neft ucuzlaşıb

Azərbaycan nefti 1 dollara qədər ucuzlaşıb   Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,88 dollar, yaxud 1,52% azalıb.   "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,20 dollara bərabər olub.   Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.   "Brent" markalı neftin qiyməti isə 1,56 faiz ucuzlaşıb və bir barelə görə 55,94 dollara düşüb. (report) /