Neft platformasında bir nəfər ölüb
Norveçin qərb sahilində, Şimal dənizində nəhəng dalğa qazma platformasına çırpılıb, bir fəhlə ölüb, ikisi yaralanıb. Məlumatı Statoil şirkəti dekabrın 31-də yayıb. 106 nəfərlik işçidən 50 nəfəri evakuasiya olunub. Hazırda platforma da sahilə doğru istiqamət alıb. Platforma Çinin COSL şirkətinə məxsusdur, nəhəng dalğa fəhlələrin qaldığı hissəyə dəyib. Xəsarət alan 3 fəhlə vertolyota mindirilib, biri yolda keçinib. Platforma Troll neft və qaz yatağında qazma işi aparırmış. Trollda Norveçin ofşor qaz ehtiyatlarının 40 faizi yerləşir, qitənin də ən böyük yataqlarından biridir./