Maide.az

Neftin son qiyməti açıqlanıb

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar azalaraq 47,58 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 48,52 dollar olub. Neftin ucuzlaşmasına dünya bazarında dolların möhkəmlənməsi səbəb olub.      Azərbaycan nefti isə bahalaşmaqda davam edir. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,34 dollar və ya 0,28% artaraq 50,17 dollar təşkil edib. (apa) /