Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb
Brent" markalı Şimal dəniz neft qatışığının fyuçerslərinin dəyəri təqribən 4 il ərzində bir barelə görə 81 dollar göstəricisini ötüb. Maide.Az open.az-a istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir. Bazar ertəsi London birjasında "Brent"in noyabr fyuçersləri bir barelə görə 3,4% bahalaşaraq 81,43 dollara çatıb. Şimal dəniz nefti sonuncu dəfə 2014-cü ilin 12 noyabr tarixində 81 dollardan baha satılıb. Hərraclarda WTI markalı yüngül neftin bir barelinin qiyməti 1,14% artaraq 71,89 dollara çatıb. Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.