Maide.az

Neftin qiymətində artım müşahidə olunur

Dünya birjalarında neftin qiymətində artım müşahidə olunur.   Xəbər verilir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar azalaraq 44,07 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar azalaraq 45,58 dollar olub.   Neftin ucuzlaşmasına Səudiyyə Ərəbistanın neft hasilatını gündəlik 12 mln. barelə qədər artıracağı ilə bəyanatı səbəb olub. Rəsmi Ər-Riyad İran və İraqın “qara qızıl” hasilatını əvvəlki həcmə çatdırmaq niyyətinə cavab olaraq bu addımı atacağını bəyan edib. (apa) /