Maide.az

Neftin qiymətində cüzi bahalaşma qeydə alınıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,44 dollar artaraq 1 barelə görə 67,82 dollar olub.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar bahalaşaraq 70,43 dollar təşkil edib.