Neftin qiyməti bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,46 dollar bahalaşaraq 1 barelə görə 103,65 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,42 dollar bahalaşaraq 108,31 dollar olub.