Maide.az

Neft daha da bahalaşdı – QİYMƏT

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək ilk dəfə olaraq 54 dolları keçib.   Verilən məlumata görə, Brent markalı neftin 1 barelinin dəyəri  3,99 faiz artaraq 53,92 dollar olub, bundan bir az əvvəl isə qiymət 54,02 dollaradək qalxmışdır.    WTI neftinin yanvar füçersləri isə 3,90%  artaraq 1 barelə görə 51,37 dollar təşkil edib.    Qeyd edək ki, neftin kəskin bahalaşmasına səbəb OPEK-ə üzv olan ölkələrin hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etməsi olub.     Azərbaycan nefti 7% bahalaşıb Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,47 dollar və ya 6,72% artaraq 55,11 dollar təşkil edib. (fins.az) /