Maide.az

Neft bahalaşır

Dünya birjalarında neft bahalaşıb.   Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar artaraq 52,10 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar artaraq 55,13 dollar olub.     Azərbaycan nefti isə 1 dollardan artıq ucuzlaşıb.   "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,37 dollar və ya 2,39% azalaraq 55,83 dollar təşkil edib. (apa) /