Neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 52,62 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar artaraq 54,61 dollar olub. Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,79 dollar və ya 1,38% azalaraq 56,35 dollar təşkil edib. (apa) /