Maide.az

Neftçalada zəlzələ oldu

Neftçala rayonunda zəlzələ olub.   Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 40 km olub.   Zəlzələ hiss olunmayıb.