Maide.az

Neft 4 faiz ucuzlaşdıqdan sonra bahalaşır

Dünya birjalarında neft bahalaşıb.   Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 50,97 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 53,75 dollar olub.   Ötən gün neftin qiyməti kəskin azalma dinamikası nümayiş etdirib. Belə ki, Brent və WTI markalı neft 3,8% dollar ucuzlaşıb. Brent markalı neftin qiyməti ötən ilin dekabr ayının 16-dan etibarən 54 dollar səviyyəsindən aşağı düşüb. Neftin ucuzlaşmasının əsas səbəbi bazarda disbalansın yaranmasıdır.     Azərbaycan nefti isə ucuzlaşmaqda davam edir.   "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,16 dollar və ya 2,08% azalaraq 54,67 dollar təşkil edib. (apa) /