Maide.az

İndoneziya və Yeni Britaniyada zəlzələ olub

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.   Maide.Az "Trend"ə istinadla xəbər verir ki,  yeraltı təkanların episentri Ternate şəhərindən 84,5 kilometr şimal-qərbdə, ocağı isə 29 kilometr dərinlikdə yerləşib.   Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.   Bundan başqa Papua-Yeni Qvineyanın tərkibinə daxil olan Yeni Britaniya adasında 5,5 bal gücündə zəlzələ baş verib.   Yeraltı təkanlar Tarona şəhərindən 103 km. cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 42,3 kilometr dərinlikdə yerləşib.