Maide.az

İndoneziyada zəlzələdən sonra 43 min adam evini tərk edib

İndoneziyanın qərbində Açex vilayətində dekabrın 7-da baş vermiş zəlzələdən sonra azı 43 min nəfər evini tərk edib.    Maide.Az xəbər verir ki, təxliyyə olunacaq əhalinin sayının artacağı bildirilir.   Qeyd edək ki, dekabrın 7-də baş vermiş zəlzələdə 100 nəfər həlak olub, 135 nəfər ağır, 616 nəfər yüngül xəsarət alıb.   Təxminən 12 min bina tamam və qismən dağılıb.(trend)