Maide.az

İndoneziyada sunami və zəlzələ qurbanlarının sayı 48 nəfərə çatıb

Sulavesi adasında 7,7 bal gücündə zəlzələdən sonra güclü sunami baş verib.   Maide.Az “AA”-a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı 48 nəfər həyatını itirib, 256 nəfər xəsarət alıb.   Xatırladaq ki, dünən səhər Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Nəticədə 1 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.