Maide.az

İndoneziyada etirazlar və 200-dən çox yaralı var

İndoneziyanın paytaxtı Cakartada baş verən etiraz aksiyaları zamanı 210 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, xəsarət alanlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib. Cakarta qubernatoru iğtişaşlarla bağlı 30 nəfərin saxlandığını bildirib. Qeyd edək ki, Cakartada tələbələrin aksiyaları sentyabrın 24-də başlayıb. Tələbələr Cinayət Məcəlləsinə edilən dəyişikliklərə etiraz edir. Onların fikrincə, yeni dəyişikliklər şəriət qanunlarına yaxındır.