İndoneziyada daşqınlar və torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb, 18 nəfər itkin düşüb
İndoneziyanın Yava adasında şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar və torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb. “Assosiated Press” agentliyinə istinadən verilən məlumata görə, daha 18 nəfər itkin düşmüş hesab edilir. Adanın bir sıra ərazilərində sel sularının hündürlüyü 2 metrə çatıb. Evlərini tərk etmək məcburiyyətində qalanlar müvəqqəti olaraq hərbi hissələrdə yerləşdirilir. Qeyd edək ki, 2010-cu ildə İndoneziyada baş verən daşqınlar nəticəsində 160 nəfər ölüb, 150-dən çoxu itkin düşüb, minlərlə sakinə ziyan dəyib. (apa) /