Maide.az

İndoneziyada 5.7 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Lombok adasında 5.7 bal gücündə zəlzələ baş verib.   Trend-in məlumatına görə, hadisə yerli vaxtla saat 01:02-də qeydə alınıb. Zəlzələnin episentri Mataram şəhərindən 5 km şimalda, episentri isə 30 km dərinlikdə yerləşib.   Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.